Peraski (Azeri)

Bilgin

Global Mod
Global Mod
Peraski (Azeri) Tanımı İçin Malzemeler

Xəmir üçün:

  • 1 stakan otaq temperaturunda qatıq
  • 1 ədət yumurta
  • 1 çay qaşığı şəkər tozu
  • Yarım çay qaşığı duz
  • 2 yemək qaşığı duru yağ
  • 1 çay qaşığı soda
  • 1,5 stakan un (+/-)
  • Bundan başqa istənilən içlik və qızartmaq üçün bol duru yağ
Peraski (Azeri) Tanımı Nasıl Yapılır?

Not EkleTarifi Yazdır


Verilən bu ərzaq miqdarından 20-25 pirojki alınır (kündələrin iri-kiçik tutmasında asılı olaraq)

  1. İri bir qaba qatığı tökmək,yumurta,şəkər tozu,duz və duru yağ əlavə edib,qarışdıririq. Sodanı əlavə edib,yenə qarışdıririq. Qatıx çürük-çürük olacax və köpüklınəcək.
  2. Bu vakit hissə-hissə unu əlavə edərək,yumuşak bir xəmir yoğurun. Unun miqdarını qaçırmayın,xəmir yumuşaq olmalıdır. Çox yoğurmak lazım deyil,yoxsa xəmir sərtləşir. Üstünü örtüb 5-10dəqiqə saxlayın.
  3. Xəmiri kiçik kündələrə bölün, əliniz ilə yastılayıb yumru şəkildə yayın. Hər kündənin ortasına içlik qoyun və yaxşıca bükün. Masanı nə unlamaq,nə yağlamaq lazım deyil,xəmir yapışmır və asanlıqla yayılır.
  4. Yuxarıda qeyd etdiyim kimi,pirojki üçün müxtəllif içlik istifadə etmək olar. Ciyerli ve kartoflu ede bilersiz.
  5. Əvvəlcədən dağ edilmiş yağa salıb qızardın. Pirojkiləri yağa saldığınız vakit bükdüyünüz tərəfi birinci yağa salın ki, “dikiş” yeri tutsun və açılmasın.
Afiyet olsun.
 
Üst